10 C
Baku
Thursday, November 14, 2024

SOCAR Rusiya limanından xam neft ixracını yenidən dayandırdı

Şirkət yanvar-fevral ayları üzrə hesabatını açıqlayıb.

Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Supsa limanından 169 min 215 ton, Ceyhan limanından 1 milyon 473 min 411 ton, Kulevi terminalından 14 min 946 ton xam neft ixrac edib.

Bu barədə SOCAR-dan mənbəyə bildirilib.

“Ümümilikdə yanvar-fevral ayları ərzində Novorossiysk limanından 258 ton, Supsa limanından 423 min 264 ton, Ceyhan limanından 2 milyon 984 min 325 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib”, – deyə şirkətin açıqladığı hesabatda əks olunub.

Qeyd edək ki,  SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Oxu az

Son xəbərlər
Digər xəbərlər