26 C
Baku
Wednesday, April 24, 2024

SOCAR: Rusiyada metanol zavodunun tikintisi planlaşdırılmır

Hazırda Rusiyada metanol zavodunun inşası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) layihələrinə daxil deyil.

Bunu SOCAR-ın Rusiyadakı törəmə “Sokar rus” şirkətinin baş direktoru Fərid Cəfərov Rusiya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR Vısotskda metanol zavodu layihəsinin texniki məsləhətçisi qismində çıxış edib: “Layihə artıq kifayət qədər irəliləmiş mərhələdədir”.

F. Cəfərov deyib ki, metanol zavodunun tikintisi üçün bütün layihə işləri başa çatıb, bu layihənin açar təhvili üzrə reallaşdırılmasına dair danışıqlar aparılır: “Baş podratçı qismində “Hyundai” şirkəti çıxış edir. Hər şey reallaşdırıldıqdan sonra bu, Rusiyada ilk metanol liman zavodu olacaq”.

SOCAR rəsmisi bildirib ki, zavod boru vasitəsilə alacağı təbii qazı metanola emal edərək istehlakçıya göndərəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər