6 C
Baku
Sunday, December 15, 2024

SOCAR Rusiyada neft aktivləri əldə edə bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “New Stream”ın  Antipinskiy neft emalı zavodunu ve bir sıra neft yatağını satın ala bilər.

 Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müqavilə hələ ilkin mərhələdədir, lakin əsas razılaşmalar artıq əldə olunub. SOCAR “simvolik” məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcək.

SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən “Moqutovskoye”, “Qremyaçevski” və “Vorontsovsk” neft yataqlarının bir hissəsinə sahib olacaq.

Sözugedən müqavilə baş tutsa SOCAR Rusiyanın neft emalı sahəsində yeganə iri xarici investor olacaq.

©Ona.az

Son xəbərlər
Digər xəbərlər