“Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə heç bir aidiyyatı yoxdur”.
Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı açıqlamada deyilir.
Bildirilir ki, son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzətmə və ya investisiya yatırma imkanları təklif olunur. Şirkət bəyan edir ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır.
Açıqlamada vətəndaşlar ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırılır.