Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində “Qazprombank” və SOCAR əməkdaşlıq haqqında saziş imzalayıb.
Sənədə bankın İdarə Heyətinin Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imza atıb.
Saziş “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı zavodlarının tikintisi üzrə azot qurğusunun tədarükünü nəzərdə tutur. Qurğu bank qrupuna daxil olan “Kriogenmaş” şirkəti tərəfindən hazırlanacaq.
Qurğu “SOCAR Polymer”in azota yaranan tələbatını təmin edəcək.
APA