SOCAR tərəfindən Türkiyədə inşa edilən emal zavodunun investisiya dəyəri 7 milyard dollara çatdırılacaq

SOCAR tərəfindən Türkiyədə inşa edilən STAR rafineri neft emalı zavodunun investisiya dəyəri 2022-ci il üçün 7 milyard Amerika Birləşmiş Ştatları dollarına çatdırılacaq.

Bu barədə SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə neft emalı zavodunun istehsal gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır.

“Saxlama güclərinə yönəlmiş 600 milyon dollar həcmində investisiyaların yatırımını davam etdiririk”, – deyə Zaur Qəhrəmanov açıqlama verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.