27 C
Baku
Saturday, July 27, 2024

SOCAR törəməsi: 99%-i ixraca yönəldilən məhsulun istehsal potensialı artırılır

“Metanolun mühüm aralıq kimyəvi maddələrindən biri olması və ona olan tələbatın getdikcə artması fonunda gələcəkdə Metanol Zavodunun istehsal potensialının artırılması planlaşdırılır”.

Bu barədə “SOCAR Methanol” MMC-dən bildirilib.

“SOCAR Methanol” MMC fasiləsiz istehsal prosesini təmin etmək məqsədilə qısa zaman kəsiyində istehsal sahəsini optimallaşdıraraq ilin əvvəlindən iyunun 1-dək 70,252 min ton metanol istehsalına nail olub”,  – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” MMC tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu cari ilin yanvar ayından yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.

Bundan öncə məlumatda qeyd olununb ki, istehsal edilən məhsulun 99%-i ixraca yönəldilib. Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər