Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin nizamnamə kapitalı artırılmaqla 104 mln. manatı ötüb.
Banker.az xəbər verir ki, SOCAR-ın Qaz İxracı İdarəsinin nizamnamə kapitalı 92 178 899 manatdan 104 178 899 manata qaldırılıb.
Beləliklə, son əməliyyatda onun nizamnamə kapitalı 12 000 000 manat, yaxud 13% artırılmış olub.
2006-cı ildən dövlət qeydiyyatına alınan SOCAR-ın Qaz İxracı İdarəsi Azərbaycanda istehsal olunan təbii qazının daxili və xarici bazarlara nəqlinin həyata keçirir.
Xatırladaq ki, ötən il ümumilikdə 205 qazpaylayıcı stansiya (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilmişdi.