“SOCAR Trading” Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.
“Reuters” agentliyinə istinadən, növbəti 3-4 ay ərzində “SOCAR Trading” bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürür.
“SOCAR Trading” Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.
Agentlik yazır ki, “SOCAR Trading”in Kalqaridə 15 nəfər əməkdaşı olub.
“SOCAR Trading” iddia edir ki, yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.
2007-ci ildə təsis olunan “SOCAR Trading” şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.