10 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Trading” Kotd’ivuara LNG infrastrukturunun yaradılmasını təklif edib

“Bu ilin iyun ayında “SOCAR Trading” şirkəti müştəriləri üçün optimal texniki və kommersiya həlləri üzərində bir neçə illik araşdırma və təhlillərin nəticəsi olaraq, Kotd’ivuarın milli elektrik şirkətinə yenilənmiş LNG infrastrukturunun yaradılması və təchizat ilə bağlı təklifini təqdim edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib.

Xatırladaq ki, SOCAR artıq əməliyyatlarının Avropa hüdudlarından kənarda genişləndirməkdə maraqlı olduğunu bildirib. 2017-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) bazarına çıxmaqla, şirkət bu günə qədər 2 milyon ton LNG ticarət edib.

V. Bəylərbəyov bildirib ki, “SOCAR Trading” təkliflərinin ən rəqabətyönümlü qiymətə təklif etdiyinə əmin olsaq da, bəzi yeni yerli qaz kəşflərinin bütün prosesi şübhə altına aldığını anlayırıq”.

SOCAR rəsmisi əlavə edib ki, Şri-Lankaya gəldikdə isə, şirkətin bütün inkişaf etdirmə səyləri müvafiq təsdiq prosesləri vasitəsilə irəli sürülür: “Ləngimələrin səbəbi isə Hindistan yarımadasında yeni COVID-19 virusunun təsirinin artması ilə əlaqədardır”.

Son xəbərlər
Digər xəbərlər