-1 C
Baku
Sunday, December 15, 2024

“SOCAR Trading” “Petronas”dan türkmən neftinin alınması üzrə tenderin qalibi olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” Türkmənistanda “Petronas” şirkəti tərəfindən “Kiyanlı” yatağından hasil edilən xam neftin alınması üzrə tenderin qalibi olub.

Müqavilə iki il müddətinə bağlanılıb və gələcəkdə daha da uzun müddətə uzatmağa imkan verir.

Müqavilə Türkmənistandan illik, təxminən, 1 milyon ton xam neftin tədarükünü təmin edəcək.

Ümumilikdə, “SOCAR Trading” şirkətinin Xəzər bölgəsində Türkmənistan, Rusiya və Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə tədarükü üçün müxtəlif növ neftin bağlanan müqavilələrin illik həcmi 4 milyon tondan çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər