10 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Turkey”: “Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir”

Noyabrın 26-na olan vəziyyətə görə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 13,4 milyard kubmetr qaz nəql edilib.

Bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib.

“Azərbaycan TANAP vasitəsilə Türkiyənin təbii qaz ehtiyacının təqribən 12 faizini təkbaşına təmin etmək gücünə sahibdir. 2018-ci ilin 30 iyunundan 2021-ci ilin 26 noyabrınadək TANAP-dan Türkiyəyə ötürülən ümumi təbii qaz miqdarı 13,4 milyard kubmetrə çatdı”, – deyən şirkət rəhbəri qeyd edib ki, Azərbaycan 2020-ci ilin 31 dekabrından etibarən Avropaya ilk ticari qazının tədarükünə başlayıb: “2021-ci ilin yanvar ayından 26 noyabr tarixinədək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb”.

Xatırladaq ki, Azərbaycan qazı Türkiyəyə Xəzərdəki “Şahdəniz” yatağından TANAP (30 iyun 2018-ci il tarixindən etibarən) və Cənubi Qafqaz boru kəməri (Bakı – Tbilisi – Ərzurum; 2007-ci ildən etibarən) vasitəsilə nəql edilir. Azərbaycan qazının Türkiyədən Avropaya nəql edildiyi 878 km-lik TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstan – Türkiyə sərhədi yaxınlığındakı Kipoy qəsəbəsində TAP-dan ayrılaraq Yunanıstan, Albaniya ərazisindən, Adriatik dənizinin dibindən İtaliyanın cənub hissəsinə çatır.

Azərbaycan qazının Avropaya tədarükünə başlandığı 31 dekabr 2020-ci il tarixindən etibarən TAP vasitəsilə 10,9 milyon kubmetr qaz nəql edilib.

Bundan əlavə TAP Cənub-Şərqi Avropa ölkələrinə də interkonnektorlar vasitəsilə qaz tədarükünü həyata keçirə bilər. Məsələn, Bolqarıstan TAP vasitəsilə qaz tələbatının 33 faizini təhlükəsiz şəkildə qarşılaya bilər. Yunanıstan, Albaniya, İtaliya ərazisində olan kəmərin çıxış nöqtələri Avropanın başqa ölkələrinə də Azərbaycan təbii qazının tədarükü üçün imkan yaradır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər