22 C
Baku
Monday, July 22, 2024

SOCAR Türkiyədə yük maşınları üçün CNG stansiyaları istifadəyə verib

Azərbaycanın SOCAR CNG şirkəti Türkiyədə yük maşınları üçün bir neçə sıxılmış təbii qaz (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) məntəqəsi istifadəyə verib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.Related image

Bildirilir ki, yük maşınları CNG ilə yanacağa 30 faiz qənaət etmiş olacaq.

Şirkətin məlumatına görə, bu addım sənaye, turizm, tikinti, nəqliyyat kimi fərqli sahələrdə fəaliyyət göstərən qurumların avtomobil parklarına iqtisadi və ekoloji cəhətdən daha sərfəli olan maye qazdan istifadəsini təmin etməkdir.Related image

Qeyd olunur ki, şirkət bununla təxminən 200-250 km-lik məsafələrdə yerləşən və son texnoloji avadanlıqlardan istifadə edilməklə inşa olunan yeni CNG stansiyaları sayəsində, İstanbul, Ankara, Mersin, Bursa, İzmir kimi ticarətin sıx olduğu böyük mərkəzləri bir-birinə və ətraf rayonlarına birləşdirən yollarda çalışan nəqliyyat vasitələrinə yeni, iqtisadi və ekoloji cəhətdən daha sərfəli bir yanacaq alternativi təqdim etmiş olub.

Son xəbərlər
Digər xəbərlər