9 C
Baku
Monday, December 9, 2024

“SOCAR Türkiyə”nin investisiyasının həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiyə” şirkəti ölkəmizə 18.2 milyard dollarlıq bir yatırım edib.

Bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunun panel çıxışı zamanı deyib.

O bildirib ki, bu, Türkiyə üçün çox əhəmiyyətli bir investisiyadır.

N.Şatıroğlu qeyd edib ki, Türkiyə həm Azərbaycanın işğaldan azad olunan ərazilərdə, həm də Naxçıvanda “yaşıl enerji” ilə bağlı müxtəlif layihələrin icrasına dəstək olacaq.

Nazir müavini 2023-cü ildə təməli qoyulan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin rolundan danışaraq qeyd edib ki, bununla Naxçıvanın enerji baxımdan təhlükəsizliyi artacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər