9 C
Baku
Sunday, November 17, 2024

“SOCAR Türkiyə” 2035-ci ilədək karbon emissiyasını 40%-dək azaltmağı planlaşdırır

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə” 2035-ci ilədək karbon emissiyasını 40%-dək azaltmağı planlaşdırır.

Bu barədə “SOCAR Türkiyə’’nin Baş direktorunun vəzifəsini müvəqqəti icra edən Elçin İbadov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 2050-ci il üçün bu göstəricini 0-a çatdırmaq hədəf kimi qoyulub.

Elçin İbadov onu da əlavə edib ki, bu göstəricilərin əldə olunması istiqamətində müvafiq işlər həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər