7 C
Baku
Tuesday, January 7, 2025

SOCAR Türkiyə dayanıqlı təyyarə yanacağı istehsal edəcək

SOCAR Türkiyənin Dayanıqlılıq üzrə yol xəritəsi təsdiqlənib.

Bu barədə SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 10-dan çox dayanıqlılıq layihəsi hazırlanıb.

“Əsas məqsəd dayanıqlı təyyarə yanacağı istehsal etməkdir. Bu yanacaq ya yosundan, ya da evdə istifadə olunan yağlardan istehsal oluna bilər. Eyni zamanda bu istiqamətdə araşdırmalar aparılır”, – o bildirib.

Qeyd edək ki, Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər