SOCAR Türkiyədə ən nəhəng investora çevrildi. Şirkət dünəndən etibarən Türkiyədə 20 milyon ABŞ dolları dəyərində investisiya portfeli reallaşdırıb. Bu haqda məlumatı Bakıda keçirilən “Xəzər neft və qazı” beynəlxalq sərgi və konfransında “SOCAR Energy Turkey”-in icraçı direktoru Kenan Yavuz vermişdir.
Onun sözlərinə görə, SOCAR-ın Türkiyədəki investisiya portfelinin əsas komponentləri neft-kimya, energetika, logistikaya aid layihələr, həmçinin TANAP layihəsidir. 2015-ci ilə qədər SOCAR şirkətinin Türkiyədəki investisiya həcmi 5 milyard dollara çatacaq. Kenan Yavuz həmçinin Türkiyədə SOCAR-ın yeni neft emalı zavodunun 2017-ci ildə istifadəyə veriləcəyini bildirib.