24 C
Baku
Thursday, May 8, 2025

SOCAR Türkiyədə elektrik stansiyası alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə təbii qazla işləyən istilik elektrik stansiyasının alınması ilə bağlı danışıqlar aparır. Türkiyə mənbələri xəbər verir ki, “SOCAR Türkiye” “Gama Enerji A.Ş.”yə məxsus 870 meqavatlıq elektrik stansiyası üçün 225-250 milyon dollar təklif edib. Bu məbləğ yekun deyil və danışıqlar zamanı dəyişə bilər.

Türkiyənin ən böyük investorlarından biri olan SOCAR ölkənin enerji bazarında mövqeyini genişləndirir və qazla işləyən elektrik stansiyası almaqla investisiya portfelini şaxələndirmək niyyətindədir.

Tərəflərin özləri hələ ki, danışıqların gedişi ilə bağlı heç bir açıqlama verməyiblər.

“Gama Enerji” şirkəti 2002-ci ildə təsis edilib və Türkiyədə su və külək enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal edir. Şirkətin 50.5 faiz nəzarət paketi “Gama Holding”ə məxsusdur. Səhmlərin daha 30 faizi Malayziyanın “Tenaga Nasional Berhad” şirkətinə, 14.5 faizi Beynəlxalq Maliyyə Korporasiyasına (Dünya Bankının strukturu), qalan 5 faizi isə UFC “Global Infrastructure Fund Holding”ə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər