“SOCAR Türkiye” Türkiyədə yeni neft-kimya potensialının yaradılmasına (“Petkim” neft-kimya kompleksinin bazasında -red.) investisiyaları 7 milyard ABŞ dolları həcmində qiymətləndirir.
Bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı “SOCAR Türkiye”nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, qeyd olunan layihənin həyata keçirilməsi çərçivəsində 2025-2026-cı illər ərzində İlkin layihələndirmə sənədinin (FEED) hazırlanması aparılacaq. Sənədin hazırlanmasına 50 mln dollar həcmində sərmayə tələb olunacaq.
Kənan Mirzəyev onuda qeyd edib ki, artıq FEED sənədi hazır olandan sonra son investisiya qərarı veriləcək.
Qeyd edək ki, SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2 mlrd.40 mln. ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlayıb.