Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi “SOCAR Türkiye Yatırım A.Ş.” 2023-cü ildə 1 milyard 186 milyon manat* (20 milyard 204 milyon Türk lirəsi) ekvivalentində xalis mənfəət əldə edib. Bu, 2022-ci ildə 2 milyard 415 milyon manat* (26 milyard 568 milyon Türk lirəsi) idi.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, “SOCAR Türkiye Yatırım A.Ş.” 2023-cü ildə 16 milyard 75 milyon manat gəlir əldə edib ki, bu da manatla müqayisədə 2022-ci ildəki göstəricidən 17% azdır.
Lakin bu azalma yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itkisindən irəli gəlir və bu manata müvafiq dövr üzrə konvertasiya edildikdə gəlirlər azalmış görünür. Belə ki, 2022-ci ildə milli valyuta ilə ifadədə müvafiq kurlar üzrə şirkətin gəlirləri 212 milyard 376 milyon lirə, 2023-cü il üzrə isə 273 milyard 850 milyon lirə təşkil edib.
Şirkətin xalis aktivlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı təqribən 79%-dir.
*Azərbaycan Mərkəzi Bankının 31 dekabr 2023-cü il tarixinə TRY/AZN 0.0587, 2022-ci il üzrə 0.0909