Ukraynada 14 şirkət 2021-ci il ərzində “Ukrayna Dəmir Yolları” (“Ukrzaliznıtsa”) üçün 205 912 ton dizel yanacağının tədarük edilməsi üçün keçiriləcək tenderlərdə iştirakına dair müraciət edib.
Bunu Ukraynanın “Prozorro” sisteminin məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, tenderlərdə iştirak etmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkətinin də adı var.
Tenderlərdə iştirak etmək üçün müraciət edən şirkətlərin böyük əksəriyyəti ötən il ərzində “Ukrayna Dəmir Yolları” ilə müqavilə imzalamış şirkətlər olub. Bunların arasında “SOCAR Ukraine” ilə yanaşı, OKKO, “Anvitrade”, “Torum”, “Qaztrim”, “Qlusko Ukraine”, “Alliance Energo Trade”, “Oil Trade 2018”, “Livayn Torq” və Cənub yanacaq-ekspedisiya şirkətlərinin adları da mövcuddur.
Bu şirkətlərin arasına bu il daha bir neçə şirkət də qatıla bilərlər. Bunlar “Maddox Ukraine”, “Parallel-M-LTD”, “Bor Trade Resurs” və “Martin Trade” şirkətləridir.