7 C
Baku
Thursday, December 12, 2024

SOCAR üzrə işçilərin orta aylıq əməkhaqqı açıqlanıb

Keçən il SOCAR üzrə işçilərin orta aylıq əməkhaqqı 1037,30 manat təşkil edib, 2016-cı illə (968,10 manat) müqayisədə 69,20 manat və ya 7,15 faiz artıb.

Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

“Hesabat dövründə SOCAR üzrə cəmi hesablanmış əməkhaqqı və digər ödənişlər 628,14 milyon manat olub ki, bu da 2016-cı il ilə (595,68 milyon manat) müqayisədə 32,45 milyon manat və ya 5,4 faiz çoxdur. 2017-cı ildə işçilərə cəmi hesablanmış əməkhaqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 319,83 milyon manat və ya əməkhaqqı fondunda xüsusi çəkisi 51 faiz təşkil edib. Əməkhaqqı fondunun artmasının əsas səbəbi SOCAR-ın əməyin ödənilməsi sistemində aparılan təkmilləşdirilmələrdir”, – deyə hesabatda qeyd olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər