10 C
Baku
Thursday, December 12, 2024

SOCAR üzrə satılan qazın xərci artıb

Ötən il SOCAR üzrə 1000 kubmetr qazın faktiki hasilat maya dəyəri 67,57 manat təşkil edib.

Ötən il şirkət üzrə qazın istehsal maya dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,34 manat və ya 10,35% artıb.

 

Hesabata əsasən, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 2,5%, yanacaq xərcləri 0,3%, elektrik enerjisi xərci 0,4%, əmək haqqı – 12,4%, sosial sığorta fonduna ayırmalar – 2,8%, əsas vəsaitlərin amortizasiyası – 14,1%, əsas vəsaitlərin təmiri 4,9%, əsas vəsaitlərə texniki xidmət – 10,8%, nəqliyyat xərcləri – 12,4%, mühafizə xərcləri 2,0%, mədən vergisi – 19,1%, digər vergilər 4,5%, digər xidmətlər üzrə xərclər 11,9%, digər xərclər isə 2% təşkil edir.

Qeyd olunur ki, şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın hasilat maya dəyəri 2021-ci illə müqayisədə 6,34 manat (10,35%) artıb.

Sənəddə bildirilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli, “Azərkontrakt” SC-dən alınmasına çəkilən xərclər nəzərə alınmaqla 2022-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 165 manat təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə bu göstərici 121,9 manat təşkil edib, bu da ötən ilin göstəricisi ilə müqayisədə 43,1 manat və ya 35,36% çoxdur.

Son xəbərlər
Digər xəbərlər