18 C
Baku
Thursday, April 18, 2024

SOCAR və “Nobel Oil Ltd”nin birgə şirkəti “SOCAR AQŞ” ötən il zərər edib

SOCAR, “Nobel Oil Ltd” və “Abşeron Qazma” MMC şirkətinin birgə müəssisəsi ötən ili zərərlə tamamladı.

Söhbət “SOCAR AQŞ” MMC barəsində gedir və o 2021-ci ildə 121 milyon manat gəlir əldə edib.

Banker.az xəbər verir ki, onun gəlirlərinin həcmi illik müqayisədə 157 milyon manat, yaxud 56.5 faiz azdır. Satışın maya dəyəri isə 122 mln. manat olduğunu nəzərə alsaq ümumi zərəri 1 mln. manat olub, hansı ki, öncəki ildə bu 24 mln. manat mənfəət idi.

Beləliklə, 2021-ci ildə 197 mln. manatlıq zərər edib. 2020-ci ildə o 5 mln. manatlıq xalis mənfəət əldə etmişdi.

“SOCAR AQS” MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.

SOCAR AQS, 2020-ci ildə “Turan Drilling & Engineering” müştərək müəssisəsi (BM) qurub.

“SOCAR AQŞ”in nizamnamə kapitalının 13.38%-i SOCAR, 73.77%-i “Nobel Oil Ltd.”  və 12.85%-i isə “Abşeron Qazma” MMC-dir (Azərbaycan).

Son xəbərlər
Digər xəbərlər