32 C
Baku
Wednesday, July 24, 2024

SOCAR və “Petrofac” birgə müəssisə yaratdı

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Petrofac” şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51%, “Petrofac”ın payı 49% müəyyən edilib. Təsis müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Petrofac”ın beynəlxalq mühəndislik və istehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.dedsc 4256

Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.

Son xəbərlər
Digər xəbərlər