16 C
Baku
Saturday, April 20, 2024

SOCAR və “Sberbank” Antipinsk zavodunu neftlə tədarük edəcək birgə müəssisə yaradıb

SOCAR və Rusiyanın “Sberbank”ı Antipinsk neft emalı zavodunu neftlə tədarük edəcək birgə müəssisə yaradıblar.

 Rusiya mətbuatına istinadən verilən məlumata görə, “SOCAR Enerqoresurs” adlanan bu müəssisə Antipinski zavoduna emal məqsədilə neft tədarük edəcək. Müəssisənin 60%-i “SOCAR Russia Investments Ltd”yə, 40%-i isə “Sberbank”ın strukturu olan “SBK Komplekt”ə məxsusdur. Yeni yaradılmış müəssisənin baş direktoru vəzifəsinə hazırda SOCAR-ın Rusiyadakı əsas strukturu olan “SOCAR Rus” treyder şirkətinə rəhbərlik edən Fərid Cəfərov təyin olunub.

Bu ilin iyul ayında SOCAR Antipinsk zavodunda prosesinqə başlamağı planlaşdırır. Yeni müəssisə nefti “Lukoil” və “Surqutnefteqaz” kimi şirkətlərdən alacaq. Bundan başqa, müəssisənin Orenburq vilayətində yataqların inkişafı ilə də məşğul olacağı istisna deyil.   

Qeyd edək ki, bu ilin aprel ayında “Sberbank” Antipinsk neft emalı zavodunun 80%-nə sahib olub. Bank hazırda zavodun satılması üçün potensial investorlarla danışıqlar aparır. SOCAR sözügedən zavodunun alınması üçün iddiaçılardan biridir.

©Ona

Son xəbərlər
Digər xəbərlər