10 C
Baku
Friday, October 25, 2024

SOCAR və törəmələrinin vergi öhdəlikləri proqnozdan 8.4% aşağıdır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə müəssisələri tərəfindən 1 milyard 136 milyon manat məbləğində dövlət büdcəsinə vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan az olub.

Banker.az 2021-ci il üzrə dövlət büdcəsinə dair layihədə qeyd edilir.

Bildirilir ki, vergi öhdəlikləri proqnozdan 104 milyon manat və ya 8.4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 273.3 milyon manat və ya 19.4 faiz azdır.

“Azalmanın əsas səbəbi növbəti il üzrə xam neft ixracının azalması, təbii qazın ixrac qiymətinin aşağı düşməsi, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixindən ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər və xidmətlər) üçün faktiki ödənişin aparıldığı vaxt sayılmasının Şirkətin vergi öhdəliklərinə təsirinin nəzərə alınması olmuşdur”- deyə qanun layihəsinin izahında deyilir.

Son xəbərlər
Digər xəbərlər