6 C
Baku
Monday, December 16, 2024

SOCAR və ARDNF-in birgə şirkəti zərərdən mənfəətə keçir – 40 milyon manat

SOCAR-ın ARDNF-lən birgə şirkəti 2020-ci ildə 40 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə birgə şirkət olan “Azerbaijan Rigs” MMC-nin illik maliyyə hesabatında deyilib.

Hesabata görə, qaznma qurğularının təchizatını aparan bu şirkətin gəlirlərinin həcmi 91 milyon manat olmaqla, öncəki ildən 7 mln. manat, yaxud 7.14% azalmışdır.

“Azerbaijan Rigs” 2020-ci il üzrə məhsulun maya dəyəri 33 milyon manat (34 mln. manat), ümumi və inzibati xərclər 8 milyon (2019-da olmayıb) və sair xərclər 81 mln. manat olmuşdur. Beləliklə vergiyəqədərki mənfəəti 50 mln. manat olmuş, buradan 10 mln. manat vergi xərci ödəmişdir və xalis mənfəət 40 mln. manat olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus “Kaspian Drilinq Kompani Ltd.” MMC və “Keppel Offshore & Marine Ltd.” şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üçün 4 iyun 2013-cü il tarixində müvafiq müqavilələr imzalanmışdır. Bununla da “Azerbaijan Rigs” şirkəti təsis edilib və hazırda 950 milyon manatlıq nizamnamə kapitalı var. SOCAR (10%) və Dövlət Neft Fondu (90%) bu birgə şirkətin təsisçiləridir.

Son xəbərlər
Digər xəbərlər