12 C
Baku
Saturday, November 23, 2024

SOCAR və “QazaqGaz” arasında Anlaşma Memorandumu imzalanıb

2022-ci ilin avqustun 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ”QazaqGaz” Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Banker.az SOCAR-a istinadən xəbər verir ki, görüşün yekununda SOCAR və “QazaqGaz” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Memorandum, həmçinin tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcək.

Son xəbərlər
Digər xəbərlər