Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkının birgə biznesi “SOCAR-STP” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılmaqla 21.66 mln. manata yüksəldilib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1.97 mln. manat və ya 10.0% artırılıb.
Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib. Birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatın idarəçiliyini həyata keçirir.
Hazırda nizamnamə kapitalının 8.5%-i SOCAR-a, qalan 91.5%-i STP-yə məxsusdur.