Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin birgə şirkəti “SOCAR-STP” MMC-nin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, Azad Hüseynov Azər oğlu “SOCAR-STP” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru vəzifəsindən ayrılıb.
Onu bu vəzifədə Şahin Teymurxanlı Əbdürrəhim oğlu əvəz edib.
Əlavə dəyişikliyə görə, “SOCAR-STP”nin nizamnamə kapitalı 5.18 milyon manat və ya 23.9% artımla 26.84 milyon manata qaldırılıb.
Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib və 10 milyon manat nizamnamə kapitalı vardır. Şirkətin nizamnamə kapitalı SOCAR və STP-yə məxsusdur.