Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” neft-qaz şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC şirkətinə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsindəki paylarının 15%-ni satıb.
Bu barədə “TotalEnergies” şirkətindən məlumat verilib.
Qeyd edilib ki, satış prosesi bu ilin fevral ayında başa çatıb: “Bununla Fransa şirkəti və SOCAR-ın hər birinin layihədəki payı 35%, ADNOC-un isə 30% təşkil edəcək”.
Xatırladaq ki, 2023-cü ilin avqustunda ADNOC SOCAR və “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında ümumilikdə 30%-lik payın alınmasına dair müqavilə imzalayıb.