1 C
Baku
Saturday, December 14, 2024

SOCAR və “TotalEnergies” arasında saziş imzalanıb

Fransanın “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) fəaliyyətləri ilə əlaqədar metan emissiyalarının aşkarlanması və azaldılması ilə bağlı öhdəliklərinin tərkib hissəsi olaraq, dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi imzalayıb.

“TotalEnergies” şirkətinin məlumatına əsasən, ilk kampaniya “TotalEnergies” və SOCAR-ın tərəfdaşı olduğu “Abşeron” qaz yatağında, növbəti kampaniyalar isə SOCAR-ın Azərbaycandakı aktivlərində həyata keçiriləcək.

“İstismar etdiyimiz neft və qaz obyektlərimizdə dron vasitəsilə emissiyaların aşkarlanması və kəmiyyətinin müəyyən edilməsi ilə bağlı keçirdiyimiz qlobal kampaniyadan sonra biz öz təcrübəmizi və yüksək səviyyədə tanınan texnologiyamızı uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə bölüşməkdən çox məmnunuq. Bu texnologiyanın “Abşeron” yatağında, daha sonra isə SOCAR-ın öz obyektlərində tətbiqi bizə sıfır metan emissiyasına nail olmaq üçün kollektiv ambisiyamızı təmin etməyə imkan verəcək”, – “TotalEnergies Azerbaijan”ın icraçı direktoru və sədri Emmanuel de Qiyebon bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə vurğulayıb ki, bu əməkdaşlıq ətraf mühitin mühafizəsi istiqamətində şirkətin yolunun mühüm mərhələsini əks etdirir:

“AUSEA texnologiyasının əməliyyatlarımıza inteqrasiyası dayanıqlılığa və məsuliyyətli enerji istehsalına sadiqliyimizin bariz nümunəsidir. Metan emissiyasının aşkarlanması və azaldılması üçün sənayedə yeni standartların müəyyən edilməsində “TotalEnergies” ilə səylərimizi birləşdirməkdən məmnunluq duyuruq. Biz birlikdə ekoloji məsuliyyətlə əlaqədar yalnız tələblərə uyğunluğu deyil, eləcə də liderliyi qarşımıza məqsəd qoyuruq”.

Son xəbərlər
Digər xəbərlər