12 C
Baku
Saturday, November 23, 2024

SOCAR və xarici investorun birgə biznesi “Ekol”un xalis mənfəəti kəskin düşüb

SOCAR ilə xarici şirkətin birgə biznesi “Ekol Mühəndislik Xidmətləri” QSC 2022-ci ildə 1.86 mln. manat xalis mənfəət əldə edib. 2021-ci ildə bu rəqəm 6.74 mln. manat idi.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.

Bu da xalis mənfəətin illik 72% azalamasıdır.

Şirkətin xalis mənfəətinin azalmasına səbəb xərclərin öncəki ildən xeyli yuxarı olmasıdır.

2022-ci il üzrə cəmi gəlirləri 40.9 mln. manat (2021: 33.25 mln. man.) olduğu halda, cəmi xərclər 36.67 mln. manata (23.69 mln. man.) yüksəlib. Bununla onun əməliyyat mənfəəti 2021-ci  ildə 9.56 mln. manat olmuşdursa, 2022-ci ildə məlum xərclərin yüksəlməsi səbəbindən 4.23 mln. manata düşüb.

2022-ci il üzrə xalis mənfəətindən sonra ilin sonuna balansındakı illərin bölüşdürülməmiş mənfəəti 17.44 mln. manata yüksəlib.

XATIRLATMA

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. Şirkətin nizamnamə kapitalı 4.07 mln. manat üzərindədir.

QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir.

2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyətə göstərməkdədirlər.

 

ek8

Son xəbərlər
Digər xəbərlər