8 C
Baku
Thursday, December 12, 2024

SOCAR Xəzərdə iri obyektlər inşa edəcək

SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.

SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.

Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyunun qazılması həyata keçirilib, 86 min metrdən artıq qazma işləri həyata keçirilib: “İstismar quyularla yanaşı, axtarış quyuların da qazılması aparılır”.

 

Son xəbərlər
Digər xəbərlər