Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ölkə üzrə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac olunan təbii qaz həcmlərini illik müqayisədə 16% artırıb.
Bu barədə Banker.az-a SOCAR-dan bildirilir.
Bildirilir ki, 5.2 milyard kubmetr (5 154 684 000 m3) həcmində Dövlət Neft Şirkəti qaz hasil edib.
SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr təbii qaz ixrac olunub
Qonşu ölkəyə Gürcüstana ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56.8 faiz artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayında Azərbaycanda 11 milyard kubmetr təbii qaz hasil edilib.