“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 1 135 292 manat məbləğdən 34 058.76 manat məbləğə azaldığını elan edir.
Banker.az-ın məlumatına görə, “SOCAR Construction” MMC nizamnamə kapitalını 1 101 233.24 manat azaldıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Onu da qeyd edək ki, “SOCAR Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.