-3 C
Baku
Sunday, December 15, 2024

SocGen: Dollar 3,30 lirəyə yüksələ bilər

Türkiyədə yaxın 2-3 ay ərzində ABŞ dolları 3,2888 lirəyə yüksələ bilər. Bu barədə məlumat Fransanın məşhur “Societe Generale” bankının analitiki Feniks Kalen (Phoenix Kalen) tərəfindən hazırlanan hesabatında bildirilir.

Hesabata əsasən “Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı” (TCMB), ölkə daxilində iqtisadi artıma və siyasi proseslərə ölkədəki maliyyə sabitliyinə nisbətən daha çox önəm verir. Bu da öz növbəsində Türkiyədəki aktivləri kəskin dalğalanma riskinə məruz qoya bilər. “Societe General”, həmçinin türk lirəsini Orta Şərqi Avropa, Orta Şərq və Afrika (CEEMEA FX) valyuta səbətindən çıxartığını bildirib.

Qeyd edək ki, TRY/USD məzənnəsi dünən, iyulun 19-da 3% yüksələrək 2,97-dən 3,06 səviyyəsinə çatdıqdan sonra bu gün səhər saatlarında bir qədər geriləyib və hazırda 3,03 səviyyəsindədir. Report analitik qrupu hesab edir ki, lirənin dollarla müqayisədə ucuzlaşması prosesi davam edəcək.

Son xəbərlər
Digər xəbərlər