20 C
Baku
Saturday, June 14, 2025

“Societe Generale” dollara bağlı steyblkoini işə salır

Steyblkoinlər – ənənəvi valyutaya, adətən dollara bağlı olan kriptovalyuta növüdür. Onlar insanlara bank sistemlərindən istifadə etmədən külli miqdarda pul köçürməsinə imkan verir.

Fransanın “Societe Generale” bankl sürətlə böyüyən steyblkoin bazarında yeni məhsulun ilk addımı olan törəmə şirkəti “SG-FORGE” vasitəsilə dollara sabitlənmiş steyblkoin buraxmağı planlaşdırır.

“USD CoinVertible” adlı kriptovalyuta “Ethereum” və “Solana” blokçeynlərində işləyəcək. Onun iyulun əvvəlində ictimai ticarətə təqdim ediləcəyi gözlənilir. “BNY Mellon” yeni kriptovalyutanın ehtiyatlarına sahib olacaq.

Sabit kriptovalyuta son illərdə 155 milyard dollar dəyərində token buraxan “Tether” sayəsində çox populyarlaşıb. Belə ki, “Tether” ən böyük staeyblkoin emitentidir.

“SG-FORGE” kriptovalyutasını kriptovalyuta ticarəti, transsərhəd ödənişlər, valyuta əməliyyatları, girov və pul vəsaitlərinin idarə edilməsi üçün istifadə etməyi planlaşdırır. O, həmçinin müxtəlif kriptovalyuta birjalarında siyahıya alınacaq.

Son xəbərlər
Digər xəbərlər