15 C
Baku
Friday, March 29, 2024

SOCRadar və Prosol şirkətləri “AZƏRBAYCAN – Təhdid Mənzərəsi Hesabatı”nı təqdim ediblər

®SOCRadar və Prosol şirkətlərinin birgə fəaliyyətinin və əməkdaşlığının nəticəsi olaraq ərsəyə gələn və 2021-ci ili əhatə edən “Threat Landscape Report – AZERBAIJAN” (AZƏRBAYCAN – Təhdid Mənzərəsi Hesabatı) işıq üzü gördü. Bu hesabatda təqdim olunan kəşfiyyat xarakterli məlumatlar müəssisələr miqyasında kibertəhlükəsizlik planlaşdırmasına, investisiya qərarlarının qəbuluna və kibertəhlükəsizlik tələblərinin müəyyənləşdirilməsinə yardımçı olur.

SOCRadar və Prosol şirkətləri kiber hədələrlə bağlı ümumi mənzərəni müşahidə edərək zərərli proqram təminatlarını, yeni kritik zəiflikləri toplayır və müvafiq monitorinq əsasında təsnifatlaşdıraraq sözügedən hesabatda biznes dünyasına təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda surətlə böyüyən şirkətlər öz texnoloji infrastrukturlarını inkişaf etdirsələrdə, bir çox kiber hədələrə və ayrı-ayrı hücumlarına, xüsusilə də “ransomware” hücumlarına məruz qalmağa davam edirlər.

Bu hesabatda Azərbaycan üçün önəmli olunan aşağıdakı hədələrlə tanış olmaq mümkündür:

  • Azərbaycanı hədəf alan ən güclü “ransomware” qrupları “LockBit”, “Conti” və “Cring”;
  • Azərbaycanın dövlət və özəl sektorlarını keçmişdə də hədəf almış 13 APT qrupları;
  • Hesabat dövründə aşkarlanan və Azərbaycanı hədəf alan 339 fişinq hücumu;
  • Hal-hazırda Azərbaycan üçün mövcud olan 65 bot.

Prosol şirkəti uzunmüddətli strateji əməkdaşlıq münasibətlərinə sahib olduğu SOCRadar ilə birlikdə ayrı-ayrı müəssisə və qurumlar üçün rəqəmsal risklərdən və mürəkkəb kiber hücumlara qarşı qorunma platforması təqdim edir. Kibertəhlükə kəşfiyyatı ilə gücləndirilmiş monitorinq platforması SOCRadar və Prosol şirkətlərinin avtomatlaşdırılmış sistem və ixtisaslı analitiklərindən ibarət komanda tərəfindən dəstəklənir. Bu, rəqəmsal risklərin müəyyənləşdirilməsi, idarə olunmasını və onlardan qorunmanın təmin edilməsi işində şirkətlərə ciddi dəstəkdir.

Hesabatla tanış olmaq üçün link- https://socradar.io/wp-content/uploads/2022/04/2021-Azerbaijan-Threat-Landscape-Report.pdf

Son xəbərlər
Digər xəbərlər