16 C
Baku
Thursday, April 25, 2024

“SoftBank” 14 ildə ilk dəfə olaraq zərər etdiyini açıqladı

Yaponiyanın “SoftBank” ı iyul-sentyabr aylarında 6,646 milyard dollar zərər verib, bu haqda şirkətin ikinci rübün hesabatında deyilir. Bunun əsas səbəbi “WeWork” və “Uber” layihələri ilə yaşanan problemlərdir.

Bu məbləğin böyük hissəsi (təxminən 4,6 milyard dollar) Amerikanın “WeWork” kovorkinq şəbəkəsi və “Uber” taksi xidmətinə edilən investisiyaların payına düşür.

Bloomberg-in verdiyi məlumata görə, Yaponiyanın ən böyük banklarından birinin zərər verməsində “Vision Fund” un da payı var – 8,9 milyard dollar itirib.

“WeWork” ilə problemlər avqust ayında ortaya çıxmışdır. Onda kovorkinq şəbəkəsinin zərəri 905 milyon dollar, mənfəəti isə 1,54 milyard dollar təşkil edib. Bir qədər sonra şirkət IPO-nu ləğv etdiyini bildirib, belə ki hazırlıqlar prosesi zamanı onun dəyəri 47 milyard dollardan 20 milyard dollar düşüb. Oktyabr ayında “SoftBank” şəbəkəni 5 milyard dollara satın almaq təklifini irəli sürmüşdür və nəticədə  “WeWork” un kapitallaşması 8 milyard dollara düşdü.

“SoftBank” ın yatırım etdiyi “Uber” in də gəlirli olmayıb: xidmət 2019-cu ildə 5,2 milyard dollar zərər edib. Xatırladaq ki, may ayında şirkət 8,1 milyard dollar investisiya cəlb edə bilmişdir və səhmlərini 44-50 dollar qiymətinə sata biləcəyini güman edirdi, lakin hərracların ilk günündə qiymət 7% aşağı düşüb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər