16 C
Baku
Friday, April 26, 2024

“Softbank” dünyanın ən böyük əczaçılıq şirkətlərindən birində 5 milyardlıq pay alıb

“Softbank” İsveçrənin “Roche” əczaçılıq şirkətində 5 milyard dollarlıq pay alıb. İndi Yaponiya holdinqi şirkətin ən böyük investorlarından biridir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, “Roche”nin iki fərqli səhmləri var. “Softbank”ın hansı səhmlərə sahib olduğu bəlli deyil.

“Financial Times” bu satınalmanın arxasında “Deutsche Bank”ın keçmiş treyderi Akşay Nahetanın dayandığını yazır. Masayesi Son bu şirkəti 2020-ci ildə aktivləri idarə etmək üçün qurub.

Bəzi mənbələr “Roche”ni almaqla Nahetanın şirkətin portfelini şaxələndirmək istədiyini yazır. Hal-hazırda şirkət COVID-19 və Alçheymer xəstəliyinin müalicəsi üçün preparatlar üzərində işləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər