Yaponiyanın “SoftBank” korporasiyası 100 milyon dollar həcmində “Opportunity Growth Fund” fondunu yaratmağı planlaşdırır. Qeyd edildiyi kimi, maliyyə təşkilatı fərqli irqlərə mənsub insanların rəhbərlik etdiyi şirkətlərə investisiya qoyacaq.
Banker.az bu barədə “Vc.ru” ya istinadən xəbər verir.
Belə bir fond yaratmaq qərarı ABŞ-da afro-amerikalı gəncin öldürülməsi ilə əlaqəli olan kütləvi etiraz aksiyaları fonunda qəbul edilmişdir.
“SoftBank” ın bu addımı böyük maliyyə təşkilatlarının boş vədlərdən aktiv hərəkətə keçdiyini ifadə edə bilər. Məsələn, “Bank of America” iqtisadi və irqi bərabərsizliyə qarşı mübarizə proqramına 1 milyard dollar sərmayə qoymağı planlaşdırır – bank milli azlıqların nümayəndələrinə məxsus şirkətlərə investisiya qoyacaq.
İnvestorlar “SoftBank” ı qeyri-effektiv idarəetmə üçün tənqid edirlər. May ayında “Vision Fund” a məxsus olan korporasiya, “WeWork” və “Uber” ilə əlaqəli problemlər daxil olmaqla il ərzində 17,7 milyard dollar zərər verdiyini bildirdi.