6 C
Baku
Wednesday, January 15, 2025

“SoftBank” investisiya holdinqi “OpenAI”ya $1.5 mlrd. sərmayə qoyur

Yaponiyanın “Softbank” investisiya holdinqi süni intellekt texnologiyalarının yaradıcısı olan Amerikanın “OpenAI” şirkətinə 1.5 milyard dollar sərmayə qoyur. Eyni zamanda, “OpenAI” rəhbərliyi şirkətin keçmiş və indiki işçilərinə öz səhmlərini yapon investorlarına satmağa icazə verib. Səhmdarlar dekabrın 24-dək bu təklifi qəbul edib-etməmək barədə qərar verməlidirlər, “CNBC” bildirir.

Telekanalın məlumatına görə, sövdələşməni “Softbank”ın təsisçisi və rəhbəri, milyarder Masayoşi Son təşviq edib. Qeyd edək ki, daha əvvəl “Softbank” “OpenAI”ya 500 milyon dollar sərmayə qoyub.

“CNBC”nin qeyd etdiyi kimi, “Softbank” rəhbərinin “OpenAI”dəki payını artırmaq istəyi onun süni intellekt texnologiyalarına marağını və ən perspektivli və böyük aktivlərə investisiya etmək istəyini göstərir. “Softbank” rəhbəri əvvəllər də aktiv şəkildə “Apple”, “Qualcomm”, “Alibaba” və “Arm”a sərmayə qoyub. Hazırda “Softbank”ın portfelinə 470-ə yaxın şirkət daxildir, onun iki investisiya fondunun aktivlərinin dəyəri 160 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər