14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“SoftBank” süni intellektə investisiya etmək üçün 108 milyard dollarlıq fond açır

faizlere

Yaponiyanın texnologiya nəhəngi “SoftBank Group Corp” CNBC-yə verdiyi məlumata görə, dünyada süni intellekt texnologiyalarını inkişaf etdirən şirkətlərinə investisiya qoymaq üçün 108 milyard dollarlıq fond yaradır.

Banker.az xəbər verir ki, “SoftBank” yeni fonda 38 milyard dollar qoyacaq.

“Apple”, “Microsoft”, “Foxconn”, “Standard Chartered Bank”, Yaponiyanın “Mizuho Bank”, “Sumitomo Mitsui Banking Corporation” və “MUFG Bank” kimi maliyyə nəhəngləri, həmçinin Qazaxıstan Milli Bankının investisiya Korporasiyasının “Vision Fund 2” fonduna sərmayə qoymaları gözlənilir.

Demək olar ki, bütün vəsaitlər Səudiyyə Ərəbistanından və Abu-Dabidən cəlb edilmişdir. The Wall Street Journal-ın verdiyi məlumata görə, Ər-Riyad fonda 45 milyard dollardan çox pul yatırmağı planlayır.

Dünyanın ən böyük texnologiya investoru 2017-ci ildə yaradılmışdır. O, “The We Company”, Hindistanın “Flopkart” və “Uber, “Didi Chuxing”, “Grab” və “Ola” kimi şirkətlərə sərmayə edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər