22 C
Baku
Thursday, September 29, 2022

“SoftBank”ın baş direktoru “WeWork” və “Uber”in uğursuzluğuna şərh bildirib

Yaponiyanın “SoftBank” bankının qurucusu və direktoru Masayoshi Son, “Uber” və “WeWork” un uğursuzluğuna şərh bildirib. O, şirkətlərə bahisəsindən sonra əldə edilən nəticələrdən narahat olduğunu söyləyib.

Banker.az xəbər verir ki, “Mən həm çaşqınlıq, həm də həyəcan hissini keçirirəm, – deyə direktor qeyd edir. – Şirkətlərin ABŞ və Çində artım tempini nəzərə alsaq, bu nəticələrdən razı olmadığımı söyləyə bilərik”.

Qeyd edək ki, Masayoshi Son “WeWork” un təsisçisi Adam Neumanın istefa etməsinin tərəfdarlarından biri olmuşdur, bunun əsas səbəbi kimi şirkətin 47 milyard dollar qiymətinə düşməsi və IPO-nun təxirə salınması göstərilib.  Aprel ayından bəri “SoftBank” ın səhmləri 30% ucuzlaşıb.

“Uber” və “WeWork” kimi olan şirkətlər daim tənqidə məruz qalırlar, lakin 10 ildən sonra onların hər iksi küllü miqdarda gəlir gətirəcək”, – mütəxəssis bildirir.

Direktorun fikrincə, Yaponiyanın hazırkı iqtisadi vəziyyəti “çox pisdir”. Biznesmen ölkədə “sahibkarlıq ruhu” nun Edo dövrünün sonunda (1868-ci ildə sona çatıb) başlayaraq düşməyə başlayıb.

“Çin ilə müqayisədə Yaponiya rəqabət qabiliyyətini itirib və hamının tezliklə unudacağı bir ada dövlətinə çevrilir”.

Forbes jurnalının qiymətləndirmələrinə görə. Masayoshi Sonun mülkü 18,9 milyard dollar təşkil edir. Onun qurduğu “SoftBank” investisiya fondu mobil telekommunikasiya və investisiya ilə məşğul olur. 2017-ci ildə holdinqin gəliri 81 milyard dollar təşkil edib. Eyni zamanda təşkilat “Uber” və “WeWork” da daxil olmaqla təxminən 100 startapı əldə etmək üçün 35 milyard dollar pul ayırıb.

 

Son xəbərlər
Oxşar xəbərlər