15 C
Baku
Tuesday, April 16, 2024

Soğan əkinlərinin sığorta mövsümü başlayıb – Tariflər

Azərbaycanda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb.

Aqrar Sığorta Fondundan Banker.az-a daxil olan məlumata əsasən, fermerlər fevral-mart ayları ərzində Fondun 1651 nömrəli Çağrı mərkəzinə zəng edərək öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər. Hesablanmış sığota haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.

Ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında 1000 manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat  təşkil edir. 

 

Son xəbərlər
Digər xəbərlər