17 C
Baku
Sunday, October 26, 2025

Soğan anbarlarda qalıb – Fermerlər məhsulun ucuzluğundan gileylənirlər

Fermerlər bu il soğanın qiymətinin ucuz olduğundan gileylənirlər. Onlar qazanc əldə etmək üçün soğan əkiblər, amma sata bilmirlər.

Ağdamlı fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər.

Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixracın olmamasını göstərirlər.

Fermerlər hazırda əllərində olan məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını bildiriblər.

Son xəbərlər
Digər xəbərlər