“Diqlas” Ticarət Mərkəzində yanğınla bağlı öz vəzifəsini yerinə yetirən yalnız Prezident İlham Əliyev oldu”.
Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.
F.Mustafa deyib ki, dövlətin həmişə belə yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır: “Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq adı ancaq sahibkarın dəftərində olur. İcarə müqaviləsi bağlananda niyə tələb qoyulmur ki, sığorta olunmalıdır? Qanunvericilikdə də bu əksini tapır. Burada söhbət Azərbaycan Prezidentinin islahatlarını yandırmaq cəhdindən gedir. Bir məqamı da qeyd edim. Artıq 5-6 aydır ki, icra hakimiyyəti başçıları sərəncam vermir, insanlar işləməlidir. Digər tərəfdən, iş adamları günlərlə gözləyir ki, “ASAN İmza”nı yeniləsin. Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu. Bu cür addımlarla atılan gözəl işlərə kölgə salınmamalıdır. Bu, cəmiyyəti xaosa sürükləməkdir. İnsanlara bu qədər dövlət vəsaiti ayrılır, şərait yaradılır k, vətəndaş dirçəlsin, belə hallar olur. İş adamı iş yeri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin. Biz bunu edə bilməsək, büdcədə sonra başqa işlərə pul tapa bilməyəcəyik”.
© ONA