9 C
Baku
Friday, December 13, 2024

SOHO Satış üzrə Menecer – Nar

SOHO Satış üzrə Menecer

Vakansiya haqqında

İdarə : Satış
Şöbə    : B2B Satış
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 15.02.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Rəhbərlik tərəfindən təyin olunmuş müvafiq satış planlarının yerinə yetirilməsini təmin etmək
* Həftəlik, aylıq və illik hesabatlar hazırlamaq
* SOHO Satış komandasının satış fəaliyyətini idarə etmək
* SOHO Satış komandasının həftəlik, aylıq və illik satış hədəflərini planlaşdırmaq və yönləndirmək
* Mövcud müştərilərlə əməkdaşlığı qorumaq və xidmətlərin təkmilləşdirilməsi üçün tövsiyələr vermək
* Trendlər, bazardakı fəaliyyətlər və rəqiblər barədə məlumatlı olmaqla məhsulları təkmilləşdirmək və ya yeni məhsulların təqdim olunması yollarını müəyyənləşdirmək
* Yeni korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin saxlanılması məqsədilə yeni taktikalar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Korporativ Satış sahəsində ən azı 3 il iş təcrübəsi
* Komanda idarəetmə üzrə ən azı 1 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Ünsiyyət qurma bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* İdarəetmə bacarığı
* Komanda işi və Əməkdaşlıq
* Müştəri yönümlü
* MS Office Proqramlarını bilmək
* Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (səlis) dillərini bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “SOHO Satış üzrə Menecer’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər